"İnter"in baş məşqçisi səhvini etiraf etdi və 1:4-lik məğlubiyyətə aydınlıq gətirdi

02:45 - 29 Sentyabr 2014

Valter Massari: "Ola bilsin ki, heyətlə bağlı səhvə yol vermişəm"  
 
İtaliya A Seriyasının 5-cü turunda “İnter”in oz meydanında çempionatın autsayderi “Kalyari” klubuna 1:4 hesabı ilə məğlub olması baş məşqçi Valter Massarini da narahat edib.
 
 
Sportal.az xəbər verir ki, matçdan sonra baş məşqçi heyətlə bağlı yanlışlıqlara yol verdiyini etiraf edib:
 
“Ola bilsin ki, heyətlə bağlı səhvə yol vermişəm. Bəzi futbolçuları düzgün qiymətləndirmədim. Mən elə düşünürdüm  ki, futbolçular yaxşı forma yığıblar. Vidiç fiziki gücü yüksək olduğu üçün futbolçuya istirahət vermədim. Ancaq onun yorğunluğu üzə çıxdı və zəif təsir bağışladı. Artıq futbolçuların hansı gücə malik olduğunu anladım. Demək,  ardıcıl olaraq tam gücləri ilə oynaya bilmirlər. Ona görə də düşünürəm ki, gələcəkdə ehtiyyat qüvvədən istifadə edim”.
 
Qeyd edək ki, Avrpa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən "Qarabağ" komandası bir neçə gündən sonra Milanda "İnter"lə qarşılaşacaq.              

Xəbər xətti