Köməkçi məşqçidən açıqlama
"Neftçi" klubunun köməkçi məşqçisi Bəxtiyar Musayev "Neftçi" - "Qarabağ" matçından sonra maraqlı açıqlamalar verib.
Sportal.az-a danışan Bəxtiyar Musayev həmin matçın timsalında hakim səhvlərindən də danışıb :
"Əvvəlcə "Qarabağ"ı "Avropa Liqası"nın qrup mərhələsinə düşməsi münasibətilə təbrik edirəm. Hal- hazırda Ağdam klubu yaxşı oyun sərgiləyir. Buna heç kimin şübhəsi yoxdur. Lakin bizim 1:3 hesabı ilə məğlubiyyətimizdə hakim səhvinin çox böyük təsiri oldu. Demək olarki, oyunun qırılma nöqtəsi penalti epizodu idi. Həmin penalti epizodunu yan hakimin qərarından sonra Orxan Məmmədovun verməsini anlaya bilmədim. Baş hakim olan Orxan Məmmədov epizoda daha yaxın idi və qayda pozuntusu olardısa onu dərhal görmək imkanı da vardı. Lakin yan hakim bu epizoda tərs mövqedə ola-ola tərəddüd etmədən penalti qərarını verdi. Oyundan sonra yan hakimnən özüm şəxsən soruşdum ki, penalti epizoduna ən azı 40 metr uzaq olduğun halda onu necə görə bildin? Lakin qaneedici bir cavab ala bilmədim. Mən bunları deməklə "Qarabağ"ın qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, belə hallar nə "Qarabağ"a nə də ki, futbolumuza lazımdır. "Xəzər Lənkəran" və "Qarabağ"la oyunlarda qapımıza təyin olunan penaltilərdən belə başa düşmək olar ki, "Neftçi"yə qarşı qərəz var. Bu o demək deyil ki, hakimlər rəqib komandanın tərəfini saxlayır. Bu qərəz yalnız "Neftçi"yə qarşıdır."
"Gənc hakimlərin derbi sayılacaq oyunlara təyin olunmasının əleyhinəyəm. Belə mərkəzi oyunlara meydanda çəkisi ola biləcək hakimlər təyin olunmalıdır. Xəqani Məmmədovun bu siyasətini anlaya bilmirəm. Başa düşürəm hakimlərin yeniləşdiilməsi vacibdir. Lakin bu mərhələli şəkildə olmalıdır. Hər dəfə öz çıxışında Xəqani Məmmədov deyir ki, bizdə güclü hakimlər yetəri qədərdi, Bəs hardadı o hakimlər? Demək olar ki, hər tur hakimlərdən olan narazılığ artır. Hakimlər komitəsi sədrinin çıxıb hansısa televiziyada " "Xəzər Lənkəran"la oyunda "Neftçi"nin qapısına təyin olunan penalti tam haqlı idi" deməsi heç cür başa düşülən deyil."
saytlarin hazirlanmasi