"Qəbələ"nin müdafiəçisi: "Əvvəl çayı keç, sonra hop denən"

16:30 - 29 Sentyabr 2014

Müdafiəçi danışdı

 

"Qəbələ" klubunun müdafiəçisi Ruslan Əmircanov Sportal.az-a müsahibə verib.

 

Müsahibəsində isə Ruslan Əmircanov bunları deyib:

 

 

İlk olaraq "Xəzər Lənkəran"la oynadığınız oyunla bağlı nə deyərdiz?

- Oyuna pis başlamamışdıq. Hesabda önə keçsək də, son dəqiqələrdə qələbəni əldən verdik, Fikrimcə pis oynamadıq. Biz bu görüşdə 2 xal itirdik.

 

 

Son 2 turda əsas rəqibləriniz olan "Neftçi" və "Xəzər Lənkəran"la qarşılaşdız. Hər iki oyundada xal itkisi ilə üzləşdiz. Bu komandanın qeyri-stabil oyunundan xəbər vermirmi?

- Təbii ki, hər iki oyunda  da öz meydanımızda oynamaq əlavə üstünlük idi bizim üçün. Lakin hər iki klubunda gücünü unutmamalıyıq. Mən deməzdim ki, biz qeyri-stabil oyun göstəririk. Bu sözü əvvəlki turlarda demək olardı. Ancaq hal-hazırda biz öz oyunumuzu oynamağa çalışırıq.

 

 

Komandanın oyunlarını izləyəndə bir çox adamda komandanın hücumda problemi olduğu fikri yaranır. Bu barədə fikirlərin?

- Mən deməzdim ki, bizdə hansısa mövqedə problem var. Biz kollektiv futbol oynayırıq. Baş məşqçinin bizə aşılamaq istədiyi futbol da məhz kollektiv oyun üslubudu.

 

 

Oyunda Dodonun yoxluğu hiss olunurdu?

- Dodo güclü oyunçudur.Onun təkbaşına etdiyi driblinqlər komandaya çox kömək olub, Lakin "Xəzər Lənkəran"la oyunda fikrimcə Dodonu layiqincə əvəz etdilər.

 

 

İdman ictimaiyyətində belə bir fikir də var ki, "Qəbələ" ilk 3-lükdə yer ala bilməyəcək. Razısanmı bu fikirlə?

- Mən indidən heçnə deməzdim. Belə bir deyim var: "Çayı keçməmiş,hop deməzlər". Onun üçün də biz əvvəlcə çayı keçib, sonra hop demək istəyirik. İlk 3-lükdə yer alacağımızı zaman göstərəcək.

 

Gələn tur sizi çətin "Qarabağ" səfəri gözləyir. Bu haqda fikirlərin?

- Təbii ki, "Qarabağ" hal- hazırda özünəməxsus üslubu olan güclü komandadır. "Avropa Liqası"ndakı oyunları da sübut etdiki nəyə qadirdir. Lakin məğlub edilməyən komanda yoxdur. Ona görədə biz öz oyunumuzu oynayıb 3 xalı qazanmağa çalışacağıq.

Xəbər xətti