Rəşad Sadıqovun zədəsi var, amma...
Hamı bilir ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov meydanda olanda komanda üzvlərinin özünə güvəni daha çox olur. Buna görə də, təcrübəli futbolçunun heyətdə olmaması hər zaman problemlər yaradır.
Təcrübəsi, mövqe seçimi, müdafiədən hücuma çıxmaq üçün vacib olan ilk ötürmələri ilə seçilən Rəşad Sadıqovun “İnter”ə qarşı oynayıb-oynamayacağı sual altındadır.
Sportal.az saytına açıqlama verən futbolçu durumunu belə izah edib:
“4 gün əvvəl məşqdə əzələ dartmışam. İndi də ayağımda ağrılar var. Dəqiq heç nə deyə bilmərəm. Ancaq çalışacam ki, oyun gününə hazır olum”.
saytlarin hazirlanmasi