Qurban Qurbanov: "Bizə burada nə qədər çətin olacaqsa, "Sent-Etyen"ə bundan da ağır olacaq" MÜSAHİBƏ

22:35 - 1 Oktyabr 2014

"Həm məni, həm də komandamı çətin sınaq gözləyir"

 

“Qarabağ” Avropa Liqasında səfərdə “İnter”lə görüşəcək. Sportal.az xəbər verir ki, matçdan qabaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

Çox köklü bir kluba qarşı oynayacağıq.  Yaxşı məşqçiləri var. Demək olar ki, hər oyun fərqli heyətlə oynayırlar. Xüsusilə, çempionatda son məğlubiyyətdən sonra  “İnter”in heyətində çox dəyişikilklər olacaq. Futbolçularmızı oyuna düzgün hazırlamağa çalışacam ki, ən azı baxımlı oyun sərgiləyək.  Üstünlük “İnter”in tərəfindədi. Bizi çətin və maraqlı oyun gözləyir.

 

Heç-heçə bizim üçün uğur sayılacaq, yoxsa adı nəticə?

Bunu oyundan sonra deyə bilərik ki, hansı nəticə bizim üçün uğurlu oldu. Amma indidən nəticə haqqında düşünsək, yanıla bilərik. Ən əsası çalışmalıyıq ki, rəqibə qarşı düzgün oyun quraq. Biz rəqibə imkan verməli deyilik ki, onlar öz oyununu oynasınlar. Həm məni, həm də komandamı çətin sınaq gözləyir. Belə komandaya qarşı oynamaq özü bir böyük təcrübədir. Sistemlərini bilirik, futbolçularına bələdik. Amma onlar meydana fəqrli heyətlə çıxa bilərlər. Burdan xalla ayrılsaq, bizim üçün uğurlu nəticə olar.

 

Fransa mətbuatında “Sent-Etyen”li futbolçuların fikirləri dərc olunub. Belə bir iddia səslənib ki, növbəti mərhələyə “Sent-Etyen” və “Qarabağ” çıxacaq.

Ola bilər ki, “İnter”in çempionatdakı 1:4 hesablı məğlubiyyəti hamını yanıldır. Bu gün qrupun favoriti “İnter”di. Bizə burada nə qədər çətin olacaqsa, “Sent-Etyen”ə bundan da ağır olacaq “İnter”ə qarşı oynamaq.

 

Komandanı Milana 3 gün əvvəl tez gətirmisiz. Bu addım nəyə hesablanıb?

Belə bir proqram tutduq ki, futbolçular bir qədər də artıq olsunlar və buralara uyğunlaşsınlar.

 

“inter”lə oyunu “Qarabağ”ın tarixində ən vacib oyun hesab edirsinizmi?

Bu oyunun anlamı başqadı. Baxmayaraq ki, “Borussiya” Dortmunda qarşı oynamışıq. Ancaq İtaliya nəhənginə qarşı oyunu tarixi saymaq olar. İlk dəfədir ki, İtaliya klubuna qarşı oynayırıq.

 

İşğal olunduğu üçün ev oyunlarınızı Ağdamda keçirə bilmirsiz. Bu necə duyğudur?

Hər dəfə bu sual mənə veriləndə torpaqlarımızın düşmən tapdağı altında olmağı yadıma düşür. Bunu heç kimə arzulamıram. İnşallah, torpaqlarımız geri alınacaq və biz doğma meydanımızda oynayacağıq

Xəbər xətti