Zərbələr zamanı diqqət mərkəzinə düşənlər
Avropa Liqasında “İnter”lə oyuna hazırlaşan “Qarabağ” İtaliyada son məşqinə çıxıb.
Sportal.az xəbər verir ki, məşq zamanı uzaqdan zərbələr təmrini yerinə yetirilib.
Bu zərbələri ən dəqiq yerinə yetirən futbolçu Bədavi Hüseynov olub. Vüqar Nadirov həmişəki kimi qüvvətli zərbələri ilə seçilib. Nə qədər təəccüblü olsa da, Riçard Almeydanın zərbələri çox fərqlə qeyri-dəqiq olub.
Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı Bakı vaxtı ilə 00:05-də başlanacaq.
saytlarin hazirlanmasi