İbrahim Uzunca: "Vaxt keçdikcə “Bakı” daha yaxşı oynayır"

18:50 - 2 Oktyabr 2014

"Biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq"
 
Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış oyunda “Bakı” “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.
 
Sportal.az xəbər verir ki, Oyundan sonra  "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları söyləyib:
 
“Daha çox çalışmağımız lazımdır. Sevindirici olan  bir məqam var. Biz oyundan-oyuna daha yaxşı çıxış edirik. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq. Bu sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm, qələbəni rəhbərliyə hədiyyə edirəm. Heyətdə gənc futbolçu çoxdur. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdır. Nəticə qazanmaqla yanaşı, biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq”.

Xəbər xətti