Qurban Qurbanov: "Məğlubiyyətə yox, futbolçuların etdiyi səhvlərə üzülürəm"

02:50 - 3 Oktyabr 2014

"Rəqiblərimizin heç-heçə oynaması bizi daha məsuliyyətli olmağa məcbur edir"
 
“Açığı, məğlubiyyətə üzülmədim. Futbolda belə hallar olur”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada “İnter”lə qarşılaşmadan sonra deyib.  . 
 
0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov məğubiyyətlə bağlı fikirlərini açıqlayıb:
 
“Bəzi epizodlarda çoxlu səhvlərə yol verdik  Məğlubiyyətə yox, futbolçuların etdiyi səhvlərə üzülürəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumu sərgiləməyə açlışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik”.
 
Qurbanov daha sonra bildirib ki, daha çox meydanda futbolçuların səhvindən narahatdır:
 
“Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırıı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdi. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik. Ümumi götürsək, “İnter” çox yaxşı müdafiə xəttinə malikdi. Onları biz səhv etməyə məcbur etdik.  Hardasa məğlubiyyəti qəbul edirik. Amma məni narahat edən bəzi səhvlərdi. Mənim də hücumçu kimi, 1 metrdən qapıya dəqiq zərbə vura bilmədiyim vaxtlar olub. Dünən də qeyd etdim ki, “İnter” kimi komandaya qarşı oynamaq bizim üçün təcrübədi. Gələcəkdə yenə bu arenada oynamaq istərdim”.
 
Qurbanov daha sonra komandasının şansı barədə danışıb: “Rəqiblərimizin bu gün heç-heçə etməsi bizi daha məsuliyyətli olmağa məcbur edir. Bizi “Dnepr”lə çətin oyun gözləyir. Bu oyundan sonra qarşıdakı planlar haqda düşünmək olar”.

Xəbər xətti