Valter Massari: "Qarabağ" qrupda iknci yeri tuta bilər"

02:40 - 3 Oktyabr 2014

"Biz növbəti mərhələyə keçməkdə iddialıyıq”
 
"Hamıya təşəkkür edirəm. Çətin və güclü komandaya qarşı mübarizə apardıq". Sportal.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Valter Massari “Qarabağ”la oyundan sonra mətbuat konfransında deyib.
 
Təcrübəli çalışdırıcı komandasının qələbəsinə belə şərh verib:
 
“Artıq bəzi futbolçularımız meydana çıxa bilməmişdilər. Palasio, Ernanes kimi futbolçular yorgun idilər. Onlar növbəti oyunlarda bizə kömək edə biləcəklər. Komandamın yaxşı oynadığını düşünürəm. Bütün görüşlərdə qələbə qazanmalıyıq. Biz növbəti mərhələyə keçməkdə iddialıyıq”.
 
Massari Qarabağın işğal olduğundan xəbərdardır: “Qarabağ”ın “Sent-Etyen”lə görüşünü izləmişəm. Çox bəynmişdim. Bu gün komandanız yaxşı oynadı. “Qarabağ” qrupda iknci yeri tuta bilər. Qarabağın işğal olduğunu bilirdim. Amma bu barədə geniş danışmaq istəmirəm. Hər bir komandanın öz üslubu var. “Qarabağ” A seriyasının hansısa klubu ilə müqayisə edə bilmərəm”.

Xəbər xətti