Ukrayna təmsilçisi 24 min avro ziyana düşdü
UEFA-nın İntizam Komitəsi Avropa Liqasında təmsilçimiz “Qarabağ”la eyni qrupda yer alan Ukraynanın “Dnepr” komandasını cəzalandırıb.
Sportal.az xəbər verir ki,qrup mərhələsində“İnter”lə açılış matçında “Dnepr”in azarkeşləri Avropa futbol qurumuna qarşı baner açıb. Bundan başqa lazerden istifadə edən fanatlar konaq komandanın oynamasına da maneçelik törədib.
UEFA-nın qərarına əsasən “Qarabağ”la matçda tribunanın 41-ci sektoru boş olmalı və meydan sahibləri oyuna “Rassizmə yox deyirik"” baneri ilə çıxmalıdır. Eyni zamanda qitə qurumu Ukrayna təmsilçisini 24 min avro cərimələyib.
saytlarin hazirlanmasi