Milandakı statistika barədə YAZI

14:40 - 4 Oktyabr 2014

Rəqəmlərin gözü ilə

 

“İnter” – “Qarabağ” oyunu azərbaycanlı futbolsevərləri çox məyus etdi. Çünki belə oyunla “Qarabağ” səfərdən yaxşı nəticə ilə qayıda bilərdi. Təəssüf ki, 0:2 hesabı ilə məğlub olduq.

 

Qurban Qurbanovun yetirmələrinin səfərdə necə oynaması statistik rəqəmlərdə də öz əksini tapıb.

 

Topa nəzarət faizi cüzi fərqlə “İnter”in xeyrinədir: 51/49

 

Avropa nəhəngi ilə səfər oyununda belə göstəriciyə nail olmaq “Qarabağ”ın top saxlamaq bacarığını göstərir. Sehiçi hər dəfə topu oyuna daxil edərkən rəqib futbolçular Bədavi Hüseynov və Admir Telinin yanında dayanır, hücumu müdafiəçilərlə başlamağımızı əngəlləyirdilər. Buna baxmayaraq, futbolçularımızın ağıllı düzülüşü hesabına hücumu dəqiq ötürmələrlə başlaya bilirdik.  

 

Qapıya vurulan zərbələrin sayı bərabərdir: 9/9

 

Bəli, nə qədər təəccüblü olsa da, qapıya zərbələrin sayı bərabər olub. Ancaq “inter”in vurduğu 9 zərbədən 4-ü çərçivəyə gedib, “Qarabağ”da isə heç biri. 4 zərbədən 2-nin qol olması da komandalar arasındakı ustalıq fərqinin göstəricisidir.

 

Ötürmə sayında “İnter”dən çox geri qalmamışıq: 437/411

 

 Bu oyunda ötürmə sayı “İnter”in xeyrinədir. Bu komponentdə rəqibdən cəmi 26 ıtürmə geri qalmağımız da “Qarabağ” adına uğur sayıla bilər.  

 

 

Dəqiq ötürmələrdə “İnter” üstün olsa da... : 381/365

 

Bu göstərici həm də “Qarabağ”ın üstünlüyünü göstərir. Necə? Məsələ ondadır ki, “İnter” 437 ötürmədən 381-ni dəqiq edib. Yəni, 56 qeyri-dəqiq ötürmə olub. “Qarabağ” isə 411-dən 365-ni. “Qarabağ” 46 qeyri-dəqiq ötürmə ilə yadda qalıb. Faiz etibarı ilə götürsək, “Qarabağ” cüzi fərqlə ötürmələri daha dəqiq edib.

 

                                                             

Xəbər xətti