Ruslan Leviqa bir nəfərin ölümünə səbəb olub
Bakı"nın sabiq üzvü Ruslan Leviqa ağır avtomobil qəzasına düşüb.
Sportal.az xəbər verir ki, Sportnet.az-ın əldə etdiyi məlumata görə "zolaqlılar"a məhkəmədə qalib gələn Ukrayna millisinin keçmiş futbolçusu daha bir nəfərin ölümünə səbəb olub.
"Bakı"dan 51 min dollarını məhkəmə vasitəsi ilə alan Leviqanın avtomobilinin Poltava şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan Ukrayna yığmasının daha bir sabiq futbolçusu - Sergey Zakarlyuk hadisə yerində dünyasını dəyişib. Dərhal əməliyyat olunan "Naftovik"in üzvü hazırda xəstəxanadadır, Zakarlyukun isə həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sergey Zakarlyuk 2002-2004-cü illərdə Ukrayna millisində 9 oyunda forma geyinib. Ölkəsinin məşhur klublarında - Kiev "Arsenal"ı, "Dnepr", "Şaxtyor", "İliçeveç", "Metallurq", "Vorskla" və "Poltava"da oynayıb.
Onu da bildirək ki, ötən ay Ukrayna millisinin başqa bir keçmiş oyunçusu, Kiyev "Dinamo"sunun əfsanəsi Andrey Qusin də avtoqəza zamanı həlak olub.