Gənc futbolçudan açıqlama
Türkiyənin "Qaziantep BB" klubunun yarımmüdafiəçisi Rəhman Hacıyevin azerisport.az saytına müsahibə verib.
Sportal.az sizə həmin müsahibəni təqdim edir:
- Türkiyə klubunda işləriniz necə gedir?
- Hər şey normaldı. Demək olar ki, hər oyunda meydana çıxıram.
- Komandanız kubokda sizin və Vaqif Cavadovun qolları sayəsində mərhələ keçdi....
- Türkiyədə bütün klublar kubokda uğurlu çıxış etməyə çalışır. Burada komandanın hansı liqada çıxış etməsinin fərqi yoxdu. Bizim rəqibimiz də aşağı liqada çıxış etməsinə baxmayaraq, işimiz asan olmadı. Amma şadam ki, biz qol vura bildik, komandamız mərhələ adladı.
- Start heyətdə təsadüfi hallarda meydana çıxırsız. Bu barədə baş məşqçinizlə söhbətiniz olub?
- Baş məşqçimizlə əla münasibətimiz var. Oyunum onun xoşuna gəlir. Hər şey özümdən asılıdı. Əgər daha yaxşı oynasam, əsas heyətdə də meydana çıxa bilərəm.
- Bəs özünüz oyununuzu necə qiymətləndirərdiz?
- Əlimdən gələni edirəm. Klubuma faydalı olmaq istəyirəm. Təəssüf ki, hələ çempionatda qələbə qazana bilməmişik. Dörd dəfə heç-heçə etməmişik. Bu, o qədər də yaxşı qiymətləndirilə bilməz. Amma yaxşı komandamız var və tezliklə heç-heçə seriyasına son qoyub qələbə qazanmalıyıq.
- Cavadovla münasibətiniz necədi?
- Əla.
- Gənclər yığmasındakı çıxışınızı başa vursaz da, Berti Foqts sizi əsas milliyə dəvət etmir...
- Yığmamızın Almaniya toplanışına dəvət alacağımı çox gözləyirdim. Amma baş məşqçi fərqi qərar qəbul etdi. Bu, onun qərarıdı. Mən yığmada Foqtsa görə yox, öz ölkəmə, yığmamıza, bayrağımıza görə oynayıram.
- Sizcə, almaniyalı niyə sizə dəvət göndərməyib?
- Bilmirəm. Amma mənə də onun cavabı maraqlıdı. Heç vaxt məni əsas milliyə dəvət etməyib. Mən də istərdim ki, bunun səbəbini öyrənim. Onu başa düşə bilmirəm. Axı ən azından bir oyunda özümü göstərmək şansı verə bilərdi.
- Sizdən fərqli, Ağabala Ramazanov artıq əsas milliyə dəvət olunub...
- Mən özümü Ağabala ilə müqayisə etmək istəməzdim. O, çox yaxşı oğlan və güclü futbolçudu. Ona yığmada uğurlar arzulayıram. Ümid edirəm ki, mənim də zamanım gələcək. Çünki arzum yığmamızın formasını geyməkdi.
saytlarin hazirlanmasi