Berti Foqts yenə "Qarabağ"a söz atdı

16:55 - 9 Oktyabr 2014

"İnter"lə oyuna baxdım..."

 

İtaliya ilə oyuna hazırlaşan milli komandamızın çalışdırcısı Berti Foqts matç öncəsi mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis bu dəfə də “Qarabağ”lı futbolçuların hazırlığından narazılıq edib.

 

"Qarabağ"ın "İnter"lə oyununa baxmışdım. Onu deyə bilərəm ki, "Qarabağ"ın oyunçuları tam yüksək səviyyədə deyil. Başa düşmürəm ki, Avroliqada oynayan komandanın çempionatda oyunu niyə görə təxirə salınmalıdı? Biz dörd gün sonra Xorvatiyaya qarşı oynamalıyıq”.

 

Maraqlıdır ki, “İnter”lə oyunda məhz yerli futbolçular özünü ən yaxşı tərəfdən göstəriblər. Onlardan Bədavi Hüseynov və Qara Qarayev milliyə cəlb olunsa da, “İnter”lə matçın ən yaxşısı İlqar Qurbanov yığmaya dəvət almayıb. 

Xəbər xətti