Rauf Əliyev: "Son dəqiqələrdə buraxdığımız qol bizi üzdü"
AÇ-2016-nın seçmə mərhələsində millimiz qrupda keçirdiyi ikinci oyunu da məğlubiyyətlə başa vurub.
Sportal.az xəbər verir ki, Berti Foqtsun başçılıq etdiyi komandamız səfərdə İtaliya yığmasına 2:1 hesabı ilə məğlub olub. İtaliya millisinin qapısına vurulan bərabərlik qolu Rauf Əliyevin adına yazılsa da, əslində top Kyellinin ayağına dəyərək qapıdan keçib. Milli komandamızın hücumçusu oyunla bağlı fikirlərini açıqlayanda bu məsələyə də aydınlıq gətirib:
“İtaliya kimi güclü komandaya qarşı səfərdə oynamaq çətindir. Rəqib güclü müdafiəyə malik olan bir komandadır. Ona görə istənilən hücuma çıxmağımız çətin alınırdı. Əlimizdən gələni etdik ki,İtaliyadan bir xala aparaq. Son dəqiqələrdə buraxdığımız qol bizi üzdü. Düşünürəm ki, belə bir güclü rəqibə qarşı pis oynamadıq. Ola bilsin ki, oyunun gedişində müəyyən səhvlərimiz oldu. Onları da aradan qaldırıb üç gün sonra Xorvatiya ilə oyuna hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi