AFFA üçün Avropa nümunəsi: Əksər yığmalar yerli məşqçilərə tapşırılıb, almanlara isə bizdən başqa heç kim güvənmir

13:15 - 11 Oktyabr 2014

İtalyanlara ehtiyac daha böyükdür

 

Müasir futbolda milli komandaların daha çox yerli məşqçilərə tapşırılması maraqlı tendensiyadır. Məntiqlə baxanda da, yerli məşqçilər öz ölkəsinin futboluna, futbolçularına, mentalitetinə daha yaxından bələd olur.

 

Millini heç cür yerli məşqçiyə həvalə etmək istəməyən AFFA üçün Avropada yaşanan bu prosesi araşdırdıq.

 

Baxın, Avropada mübarizə aparan 54 yığmadan 38-ini yerli mütəxəssislər çalışdırır. Maraqlıdır ki, Avropada bizdən başqa legioner alman məşqçiyə güvənən yoxdur.  

 

Ən çox tələbat olan legioner məşqçilər siyahısına italyanlar başçılıq edir. Avropanın 4 yığması məhz italyanlara tapşırılıb (İtaliya millisi istisna olmaqla). 

 

  1. Azərbaycan – Berti Foqts (Almaniya)
  2. Belarus – Giorgi Kondratyev (Belarus)
  3. Belçika – Mark Vilmots (Belçika)
  4. Bosniya və Hersoqovina – Safet Suşiç (Bosniya və Hersoqovina)
  5. Bolqarıstan – Lyuboslav Penev (Bolqarıstan)
  6. Xorvatiya – Niko Kovaç (Xorvatiya)
  7. Kipr – Pambos Krititodolu (Kipr)
  8. Çexiya – Pavel Vrba (Çexiya)
  9. Danimarka – Morten Olsen (Danimarka)
  10. İngiltərə - Roy Hocson (İngiltərə)
  11. Estoniya – Maqnus Person (İsveç)
  12. Makedoniya – Boşko Durovski (Makedoniya)
  13. Farer adaları – Lars Olsen (Danimarka)
  14. Finlandiya – Mika Patelaynen (Finlandiya)
  15. Fransa – Didye Deşam (Fransa)
  16. Gürcüstan – Temuri Ketsbaya (Gürcüstan)
  17. Almaniya – Yoahim Löv (Almaniya)
  18. Cəbbəlütariq – Allan Bula (Cəbbəlütariq)
  19. Yunanıstan – Klaudio Ranyeri (İtaliya)
  20. Macarıstan – Pal Dardai (Macarıstan)
  21. İslandiya – Lars Lagerbek (İsveç)
  22. İsrail – Eli Qutman (İsrail)
  23. İtaliya – Antonio Konte (İtaliya)
  24. Qazaxıstan – Yuri Krasnojan (Rusiya)
  25. Latviya – Marian Pahar (Latviya)
  26. Lixtenşteyn – Rene Pauriç (Avstriya)
  27. Litva – İqor Pankaratyevs (Litva)
  28. Lüksemburq – Luk Holtz (Lüksemburq)
  29. Malta – Pietro Gedin (İtaliya)
  30. Moldova – Aleksandr Kurtianu (Moldova)
  31. Çernoqoriya – Branko Brnoviç (Çernoqoriya)
  32. Şimali İrlandiya – Maykl Onil (Şimali İrlandiya)
  33. Norveç – Per-Matias Nogmo (Norveç)
  34. Polşa – Adam Navalka (Norveç)
  35. Portuqaliya – Fernando Santos (Portuqaliya)
  36. İrlandiya – Martin Onil (Şimali İrlandiya)
  37. Rumıniya – Viktor Pitsurka (Rumıniya)
  38. Rusiya – Fabio Kapello (İtaliya)
  39. San Marino – Pyer Manzaroli (San Marino)
  40. Şotlandiya – Qordon Straçan (Şotlandiya)
  41. Serbiya – Dik Advokat (Hollandiya)
  42. Slovakiya – Yan Kozak (Slovakiya)
  43. Slovenia – Sreçko Katanets (Slovenia)
  44. İspaniya – Del Boske (İspaniya)
  45. İsveç – Erik Hamren (İsveç)
  46. İsveçrə - Vladimir Petkoviç (Bosniya və Hersoqovina)
  47. Türkiyə - Fatih Terim (Türkiyə)
  48. Ukrayna – Mixail Fomenko (Ukrayna)
  49. Uels – Kris Kolman (Uels)
  50. Hollandiya – Qus Hiddink (Hollandiya)
  51. Albaniya – De Biasi (İtaliya)
  52. Andorra – Koldo Alvares (Andorra)
  53. Ermənistan - Bernard Çallandes (İsveçrə)
  54. Avstriya - Marsel Koller (İsveçrə)

Xəbər xətti