Gələn yaydan etibarən daha çox qazanacaq
"Qarabağ" Riçard Almeyda ilə müqaviləsini uzadır. Sportal.az xəbər verir ki, Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu braziliyalı yarımmüdafiəçi ilə kontrakt artırmaq barədə razılığa gəlib.
Qurban Qurbanovla görüşən legionerin yeni anlaşması üçillik nəzərə tutulub. Danışıqların nəticəsi gələn həftə rəsmiləşəcək. Qüvvədə olan sözləşməsi bu mövsümün axırında başa çatacaq futbolçu gələn yaydan etibarən daha çox qazanacaq. Hər halda tərəflər maddi şərtlərə yenidən baxıb və müqavilə haqqını artırıb.
Qeyd edək ki, 25 yaşlı Almeyda artıq iki ildi "Qarabağ"ın formasını geyinir.
saytlarin hazirlanmasi