İtaliya ilə 1:1 etsəydik, AFFA milliyə nə qədər mükafat verəcəkdi?

16:00 - 12 Oktyabr 2014

Bu, rekord məbləğdi

 

Millinin rəsmi və yoldaşlıq görüşlərinə külli miqdarda mükafat ayıran AFFA rəhbərliyi ənənəsinə sadiqdi.

 

Sportal.az xəbər verir ki, Sportinfo.az İtaliya ilə oyunla bağlı maraqlı məlumat əldə edib. Yığmanın şərəfini qoruyan futbolçulardan biri bildirib ki, əgər Palermoda 1:1 hesabını sonadək qorusaydılar, hərəyə 150 min dollar alacaqdılar. Bu, rekord məbləğdi.

 

Ölkənin bir nömrəli komandası ən yüksək mükafatı DÇ-2014-ün seçmə mərhələsində alıb. Şimali İrlandiyanı Bakıda 2:0 udmaq 100 min, ruslarla 1:1 isə 100 min dollar civarında qiymətləndirilib. Apennin yarımadasında qələbə qazanılsaydı, mükafat nə qədər olacaqdı? Bu sual qoy açıq qalsın. Millinin üzvlərinə rəsmilər bu barədə heç nə vəd etməyib əvvəldən.

Xəbər xətti