Berti Foqts: "Bunu mən 7 il ərzində düzəldə bilmərəm"

16:20 - 12 Oktyabr 2014

"Belə komandalar bu cür kobud səhvləri bağışlamır"

 

Millimizin baş məşqçisi Berti Foqts sabah keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya ilə görüşü öncəsi mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, almaniyalı çalışdırıcı öncə qarşılaşma ilə bağlı ümumi fikirlərini bildirib.


- Xorvatiya ilə oyunda xal qazanmaq üçün daha çox şansımız var?
- Mən Braziliya və Meksikaya qarşı onların oyununu izləmişəm. Komandama onlara qarşı oynamaq çətin olacaq.


- İtaliya ilə oyundan sonra komandada bərpa prosesi necə gedib?
- Oyundan sonra bərpa prosesi keçdik. Bu gün 1 məşq keçəcıyik. Əlimizdən gələni edəcəyik ki, yaxşı çıxış edək. Xorvatiya yığması belə bir hala öyrəşib. Onlar Avropanın top komandalarında çıxış edirlər. 2 gündən bir oyun keçirə bilirlər

 

- İtaliyadakı oyundan 2 gün keçib. Palermoda xal almaq üçün bizə nə çatmadı?
- Biz həmin oyunda 2 kobud səhvə yol verdik. Belə komandalar bu cür kobud səhvləri bağışlamır. Belə səhvləri Bolqarıstana qarşı da elədik. Təcrübə baxımdan belə səhvlərə yol verməməliyik.

 

- Sabahkı oyuna xüsusi hisslərlə hazırlaşırsınız? Çünki 1998-ci ildə Xorvatiya ilə oyun sizin son rəsmi matçınız idi...

- 1998-ci ildə bizim Xorvatiyaya qarşı oyunumuz olub. 22 il Almaniya Futbol Federasiyasında çalışmışdım. Ona görə mən ordan getmək qərarına gəldim.

 

- Son dəqiqələrdə və standart vəziyyətlərdən top buraxırıq. Bunun üzərində iş gedirmi?
- Bolqarıstan və İtaliya ilə oyunlarda son dəqiqələrdə top buraxmışıq. Bunu mən 7 il ərzində düzəldə bilmərəm. Bu klublarda həll olunmalıdır.

 

Mənbə:apasport.az

Xəbər xətti