İnnosent Emeqara: "Qarabağ" öz ölkəsində də iddialıdı"

19:30 - 12 Oktyabr 2014

"Təəssüf ki, Avroliqada oynaya bilməyəcəm"

 

"Azərbaycan çempionatına baxmamışdım, heç nədən xəbərim yox idi. Adi məlumatım da yox idi. Amma təklif gələndə o dəqiqə "yox" da demədim”.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi İnnosent Emeqara deyib.

 

Ötən gün isveçrəli futbolçu Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

 

Emeqara “Qarabağ”a keçidi haqqında klubun rəsmi saytına bunları deyib:

 

“Maraqlandım, Bakını internetdə axtarıb tapdım. Baxıb gördüm ki, gedəcəyim şəhər kifayət qədər gözəldi. Sonra da komandayla maraqlandım. Gözlədiyimdən də uğurlu komanda olduğunu bildim "Qarabağ"ın. Mənə təzə təklif göndərmişdilər ki, Avroliqada qrup mərhələsinə düşdülər. Təəssüf ki, Avroliqada oynaya bilməyəcəm. Üzvü olduğum komandanın belə bir turnirdə iştirakı da mənimçün müsbət haldı. Karyeram üçün əsas odu ki, “Qarabağ” öz ölkəsində də iddialıdı və mənim də titul qazanmaq imkanım var".

 

Xəbər xətti