Millət vəkili hadisəyə belə şərh verdi
Millət vəkili Fazil Mustafa 19 yaşadək qızlardan ibarət milli komandamızın üzvü Melisa Sarıaltın əlində qondarma Kürdüstan dövlətinin bayrağı və plakatları ilə Almaniyada mitinqə qatılmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, özünün Facebook səhifəsində millət vəkili bunları qeyd edib:
"Almaniyanın "Bayer" Leverkuzen klubunda oynayan,19 yaşlı qızlardan ibarət futbol yığmamızın üzvü Melisa Sarıaltın əlində Kürdüstanın bayrağı və plakatları ilə Almaniyada mitinqə qatılıb. Bu kürd əsilli futbolçu sabah Türkiyə əleyhinə PKK-nın aksiyalarına da qatılsa, o zaman nə baş verəcək? Burada mənim kiminsə milli təəssübkeşliyinə qarışmaq niyyətim yoxdur. Ancaq Azərbaycan bayrağı ilə çıxış edən hər kəsin dosyesi ciddi araşdırılmalıdır. Ona görə də mən, dəfələrlə bildirmişəm ki, bütün idman sahələrində başqa millətlərdən olan insanların milliləşdirilməsi yanlış addımdır. Bakıda yaşayan köklü rusların və başqa millətlərin təmsilçilərinin cəlb olunmasını normaldır və onların çoxu özlərini azərbaycanlı hesab edirlər. Dağıstandan idmançı gətirisinizsə, azərbaycanlı və ya kumık gətirin milliləşdirin! Şərait yaradın güləşdə, boksda, futbolda, voleybolda, motorlu idman növlərində, avarçəkmədə, üzgüçülükdə, qaçışda, basketbolda öz millətimizin təmsilçiləri öz bayrağımızın altında qürurla çıxış etsinlər. Milliləşdirmək istəyirsinizsə buyurun, Orta Asiyadan, Anadoludan, Avropadan türk əsilli gəncləri tapıb milliləşdirin. Heç olmazsa milli təəssübkeşliyi olan insanlar olsunlar ki, ən azı dövlətimizə problemlər yaratmasınlar. Çox zaman yarışlarda rəqabətdə də bu gəlmələrə üstünlük verilir və azərbaycan övladlarının daha ciddi şəkildə peşəkar kimi formalaşması əngəllənir. Qoy bir medalımız az olsun, qoy bir-iki oyunu uduzaq, əvvəl-axır öz gücümüzə güvənərək bir mərtəbəyə yüksəlməliyik. Sovet dövründə "Ararat"ın heyəti yüzdə 99 ermənilərdən, "Dinamo" Tbilisinin heyəti yüzdə yüz gürcülərdən ibarətdir, "Heftçi"də isə, Azərbaycan soyadı görəndə sevinirdin. Bunları inanın ki, tənqid xatirinə söyləmirəm, düşünərək ənənəni dəyişməyimiz vacibdir."
saytlarin hazirlanmasi