Sizə xərclənən pulların əvəzi budursa... YAZI

13:30 - 14 Oktyabr 2014

Foqts, sən nə vaxt düzgün heyət seçdin, düzgün taktika qurdun  ki...

 

Dünən Xorvatiyaya 0:6 hesabı ilə məğlubiyyətdən sonra Azərbaycan yığmanın baş məşqçisi Berti Foqts mətbuat konfransında belə bir fikir bildirib:

 

“ Oyunçularım üçgündən bir oyun keçirməyə hazır deyil. Cinahlarda rəqibə yaxın oynaya bilmədik. Hesab oyuna görə oldu və s.”.

 

Bu fikirləri mətbuatdan oxuyanda gözümün qarşısında məşhur “Dədə Qorqud” filmi canlandı. Daha dəqiq desəm, Qazan xan ilə oğlu Turalın dialoqunu xatırladım. Millimizin baş məşqçisini Qazan xan kimi təsəvvür edin, Tural isə qoy olsun Badəvi, hərçənd Tural obrazına istənilən oyunçunun adını yazmaq olardı. Deməli,Qazan xan oğlu Turalı tənbeh edir ki, igidlər ov ovluyur, quş quşluyur,ad qazanır. Sən isə dağın yamacında gül dərirsən. Cavabında Tural “Qazanxan,nə vaxt mənə ov ovlamaq, quş quşlamaq öyrətdin ki?” deyir.

 

Hə, yəqin artıq bir çoxlarınız nə demək istədiyimi anladınız. Berti müəllim, müasir futboldan xəbərin olmadığını bilirik, bəs fizika elmindən də mi xəbərin yoxdu? A kişi “ təsir əks təsir “ deyilən qanun var. Azərbaycanca bilsəydin,atalar sözüylə sənə daha aydın başa salardım ki, “ nə tökərsən aşına, o da çıxar qaşığına”. Sözümün canı, əlqərəz və müxtəsəri doru ki, a kişi,sən nə vaxt optimal heyət qurdun? Sən nə vaxt düzgün taktika ilə oyuna başladın? Sən nə vaxt ədalətli oldun?.

 

Mənim işim səninlə deyil, sənə sponsorluq edənlərlədir. “Dədə Qorqud” filmindən o qədər müsbət obrazlar var ki, elə başda Bamsı Beyrək. Nə AFFA-da, nə də yığmanın heyətində bir müsbət obraz tapa bildim. Əvəzində bilmədim Yalıncıq və Alp Aruz obrazına kimin adını yazım. Ayə,bu qədər Yalıncığı, Aruzu bir yerə toplayanda belə də olmalıdırda.

.

Yığmanın oyunçularına da daha sözüm yoxdur. Ayqardaşlar,yəni,bir havayı gəzintiyə çıxmaqdan ötəri dəyərdimi? Sizdən Bolqarıstana1-2 hesablı məğlubiyyətdən sonra xahiş etmişdim ki, Berti Foqtslu yığmanı boykot edin. Amma siz əvəzində havayı gəzintiləri və istirahəti üstün tutdunuz. Aranızda bir Cəbiş müəllim tapılmadı ki, yumuruğunu stola vurub desin ki, “mən sabun bişirməyəcəm”.

 

Ən əsası, “Qarabağ”ın oyunçularınadır sözüm. Rəşad, Badəvi, Maksim, Vüqar, Qara, axı siz necə olur ki, Berti Foqtsun ittihamlarını qəbul edirsiniz. Ayıb deyil, biz burda Qurban Qurbanovuı, Böyükağa Hacıyevi və onların futbol fəlsəfəsini müdafiyə edirik. Sizsə, Foqts deyənlərin heç birinə cavab belə vermirsiniz. Niyə biriniz çıxıb müsahibə vermirsiniz ki, Qurban Qurbanovun da tapşırıqlarını yerinə yetirənlər bizik, Bertinin də. Fərq göz qabağındadır.

 

Məni nəticə və ondan da daha çox oyun tərzi maraqlandırır. Bu,futboldur və istənilən nəticə də ola bilər. Amma başa düşün,oyun olsa,nəyəsə ümid etmək olar. Mən sadəcə bu tip futbol oynayan rəzil bir yığma komanda görəndə,sizlərin əvəzinə xəcalət təri tökürəm. Millətin boğazından kəsilib sizlərə yaradılan şərait və imkanlardan niyə danışmayaq axı?! Sosial iqtisadi inkişaf üçün dövlətin istənilən strukturunda tədbirlər planı hazırlanır.Əgər sizə xərclənən pulların əvəzi budursa...

 

Elnur Azərisoy 

Xəbər xətti