Nə baxırsan yetim-yetim? YAZI

14:30 - 14 Oktyabr 2014

Onu belə görməyə heç alışmadıq

 

Oyuna ekran arxasından baxanlar kimi mən də, utandım yerə girdim. Gör, indi,stadionda olan azarkeşlərimiz nə gündəydi…

 

Məşhur aktyorumuz Bəhram Bağırzadənin simasını gördüm həmin oyunda. Üzündən daim gülüş saçan aktyor “sönmüşdü”. Onu belə görməyə heç alışmadıq. Ancaq nə etsin? Bu başıbəlalı futbolumuz Bəhrama hansı ağrıları, acıları yaşatmayıb ki? Məşhur “KVN”-şik bu illərdə neçə-neçə AFFA prezdentinin dəyişdiyinə şahidlik eləyib. Ancaq bu milli necə var idisə, elə də qalıb.

 

Oyunun gedişatında sosial şəbəkələrdə bir çox fikirlər irəli sürüldü. Kimisi günahı Berti Foqtsda, kimisi Rövnəq Abdullayevdə, kimisi Elxan Məmmədovda, kimisi isə keçmişə qayıdaraq bu ənənənin Şahin Diniyevdən gədiyini düşündü.

 

Amma, Allahla danışaq, Şahin Diniyev komandanı belə biabırçı oynatmırdı axı. Düzdü, nəticələr eyni idi, ancaq oyun tamam başqa. Elə Bəhram kimi, Şahin Diniyev də millinin halına acıyırdı – məşq etməyə meydança yox, pul-para yox…

 

Berti Foqts isə cənnətə düşüb elə bil. Milyonluq müqavilələr, beş ulduzlu otellər, yüz minlərlə mükafatlar. Bir də, onun ortaya qoyduğu  ayağında top saxlaya bilməyən milli…

 

Yeri gəlmişkən, heç anlayan oldu ki, Fotqs komandanı Xorvatiya ilə oyuna hansı düzülüşlə çıxarmışdı? Mən bütün oyun müəyyənləşdirə bilmədim ki, Maksim Medvedevin mövqeyi nədir. Gah sağda, gah solda, gah ortada…

 

Demək olmaz ki, Berti Foqtsun gedişi ilə hər şey qaydasına düşəcək. Ancaq Rövnəq Abdullayev islahatlara bir yerdən başlamalıdır da. Komandaya milli ruh lazımdı. Berti nə bilir ruh nədi, onu aşılamaq nədi.

 

Vallah biabırçılıqdı. Bəsdirin də!

 

Yusif Hüseynov (Sportal.az)

Xəbər xətti