"0:6 hesabı ilə uduzmamalı idik"
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin “Avro-2016”da Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini şərh edib.
Sportal.az məlumat verir ki, bu gün jurnalistlərə açıqlamasında qurumun rəsmisi qeyd edib ki, seçmə mərhələdəki hər üç oyundakı məğlubiyyət pis nəticədir.
E.Məmmədov bildirib ki, baş məşqçinin qarşısına müəyyən vəzifə qoyulsa da, hələlik milli xal qazana bilməyib.
AFFA rəsmisi bildirib ki, xorvatlara biabırçı məğlubiyyət təhlil olunacaq və bu məsələ İcraiyyə Komitəsinin üzvləri ilə müzakirə olunacaq.
“Berti Foqts nəticələrə görə izahat verməlidir. 0:6 hesabı ilə uduzmamalı idik. İki səfər oyununda xalsız qayıtmaq da bizim məqsədimiz deyildi” – deyə o vurğulayıb.
saytlarin hazirlanmasi