"Millidə çalışmaq barədə düşünmürəm"
Milli komandamızın Xorvatiyaya biabırçı məğlubiyyətindən sonar futbol ictimaiyyəti birmənalı şəkildə baş məşqçi Berti Foqtsun istefasını tələb edir.
Bu posta ən real namizəd isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hesab olunur. Sportal.az xəbər verir ki, Qurban bəy bu məsələ ilə bağlı sportinfo.az saytına açıqlama verib:
"Onun oyundan sonra emosional açıqlama verdiyini düşünürəm. Nəticəyə görə pis olub, belə aqressiv danışıb. Fikirləşmirəm ki, vəzifəsini tərk edəcək. İki-üç gün sonra hər şey qaydasına düşəcək və ona əvəzləyici axtarılmayacaq. Əsəbi vəziyyət yaranıb, Foqtsu gərək başa düşək.
Millini götürmək? Mən indi "Qarabağ"dayam, klubda işim kifayət qədər çoxdu. Bütün fikrim qarşıdakı iki oyundadı. Çempionatda "Qəbələ"nin qonağıyıq, sonra gedirik Ukraynaya, "Dnepr" ilə Avroliqa oyununa.
Millinin rəhbərliyi, nəticələr barədə düşünən digər şəxsləri var. Yəqin ki, onlar bir şey fikirləşib, bu vəziyyətdən çıxacaqlar. Başqa heç nə deyə bilmərəm. Çünki millidə çalışmaq barədə düşünmürəm".
saytlarin hazirlanmasi