AFFA-nın diqqətinə: Gürcüstanın U-19 yığması elit-raunda yüksəldi

22:30 - 15 Oktyabr 2014

Azərbaycan bu ilin noyabr ayında mübarizəyə qoşulacaq

 

U-19 millilər arasında AVRO-2015 çempionatında qrup mərhələsinin oyunlarına start verilib. Artıq bəzi qruplarda mübarizə yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, 11-ci qrupun oyunları Gürcüstanda keçirilib. Qrupda birinci yeri Çernoqoriya, ikinci yeri isə meydan sahibi Gürcüstan yığması tutub.

 

İlk oyunda Çernoqoriyaya məğlub olan gürcülər növbəti oyunlarda həm Kipri, həm də Rumıniyanı 3:1 hesabı ilə məğlub edib və elit-raunda yüksəlib.

 

Xatırladaq ki, Azərbaycan U-19 yığmasının yer aldığı 4-cü qrupun oyunları Macarıstanda keçiriləcək. Meydan sahibləri ilə yanaşı Slovakiya və Sloveniya yığmaları da elit-raunda vəsiqə uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, millimiz bu il noyabrın 10-da Macarıstan, 12-də Slovakiya, 15-də isə Sloveniya ilə qarşılaşacaq. 

Xəbər xətti