"Azərbaycanda Berti Foqtsa ağlasığmaz pullar verirlər, nəticəsi necə oldu?"

14:55 - 16 Oktyabr 2014

"Bu komanda necə ki hamıdan "5"  alırdısa, yenə də alır"

 

Berti Foqtsun Azərbaycan millisindəki fəaliyyəti postsovet məkanı ölkələrinə də nümunə olub.

 

Sportal.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin də yığmamızda nəyəsə nail olmamağı legioner məşqçilərə böyük məbləğdə maaş ödəməyin mənasızlığını ortaya qoyub.

 

Bu qənaətə Belarusda da gəliblər. Georgi Kondratyevin millinin baş məşqçisi postunu tərk etməsindən sonra ona əvəzləyici axtaran şərqi avropalılar yerli mütəxəssislər arasında sorğu keçiriblər.

 

Onlardan biri – Lyudas Rumbutis Azərbaycan nümunəsini önə çəkib: “Milli komandamızı mütləq yerli mütəxəssis çalışdırmalıdı. Əcnəbi məşqçi gəlsə, ona kiloqramla maaş ödəməliyik. Bunun mənası nədi? Azərbaycanda Berti Foqtsa ağlasığmaz pullar verirlər. Nəticəsi necə oldu? Bu komanda necə ki hamıdan “5”  alırdısa, yenə də alır”.

 

Qeyd edək ki, 27 illik məşqçilik karyerasına malik Rumbutis Litvada anadan olsa da, Belarus vətəndaşıdı. Bu ölkədə futbol oynayan, sonra məşqçilik edən çalışdırıcının son iş yeri yerli “Partizan” klubu olub.

Xəbər xətti