Bəhram Bağırzadə Foqtsu öz dilində yola saldı: "Auf wiedersehen"

13:00 - 17 Oktyabr 2014

Gülüş ustasından Berti Foqtsa sağol

 

Berti Foqtsun Milli Müstəqillik Günümüzə 1 gün qalmış istefa verərək millimizi "azadlığa" buraxması bizə əsl hədiyyə oldu. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan futbolunu dərindən izləyən, futbol azarkeşi olan gülüş ustası Bəhram Bağırzadə Foqtsun gedişinə özünəməxsus şəkildə şərh verib:

 

"Foqts çoxdan getməli idi. O, millimizi bataqlığa sürükləyirdi. Biz ona çoxdan "auf wiedersehen" deyib yola salmalı idik. Azərbaycanın gözü Qurban Qurbanova yönəlib. Ən ideal variant bu an üçün Qurbandır. Qurban çox qeyrətli, tərbiyəli oğlandır. O gəlsin, amma "Qarabağ"ı atmasın. Hər iki postda mübarizə aparsın. Bu perspektiv onda var. Mən Qurbanın yerinə olsam, şərt qoyaram ki, Berti Foqtsa yaradılan şərait mənə də yaradılsın. Yalnız bu halda gələrəm. Foqts Azərbaycan futbolu üçün heç nə etmədi. Ancaq yalan dolu vədlər verdi".

Milli.Az

Xəbər xətti