Ağdam təmsilçisi əsas rəqiblərindən biri üzərində qələbə qazandı
Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turun ən maraqlı qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Qəbələ” arasında keçirilib.
45-ci dəqiqədə Vüqar Nadirovun qoluyla hesabda önə keçən meydan sahibləri ikinci hissədə Reynaldonun penalty zərbəsiylə hesab arasında fərqi artırıblar. Ağdam təmsilçisi əsas rəqiblərindən biri üzərində 2:0 hesablı qələbə qazanmaqla aktivinə 3 xal yazıb.
“Qarabağ” – “Qəbələ” 2:0
“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo (21. Yazalde de Pinto, 82), 12. Aleksandru Benqa (8. Vidal Kunya Markus, 60), 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov (88. Müşfiq Teymurov, 13), 44. Rafael Santos
Baş məşqçi: Dorinel Munteanu
saytlarin hazirlanmasi