"Oyunun qırılma nöqtəsi hakimin penalti və qırmızı vərəqəni verməməsi oldu"

02:15 - 18 Oktyabr 2014

Kamran Ağayev: "Çempionluq uğurunda mübarizə aparan komanda belə oyunlarda xal itirməməlidir"
 
Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”la üz-üzə gələn “Qəbələ” məğlubiyyətlə üzləşib.
 
Sportal.az xəbər verir ki, səfərdə əsas rəqiblərindən birinə 2:0 hesabı ilə məğlub olan qəbələlilər yenə xal tikisiylə üzləşib. “Qəbələ”nin qapıçısı Kamran Ağayev oyunla bağlı fikirlərini açıqlayıb: 
 
“Qarabağ”la oyuna hazırlıqda yaxından iştırak edə bilmədik. Milli komandanın oyunları bağlı biz sonra məşqlərə qatıldıq. Oyuna gəlincə, baxımlı və maraqlı keçdi. Çempionluq uğurunda mübarizə aparan komanda belə oyunlarda xal itirməməlidir. “Qarabağ” formalaşmış bir komandadır.
 
“Qarabağ” çempionatın ən güclü komandası hesab olunsa da məğlubedilməz də deyil. Oyunun qırılma nöqtəsi hakimin “Qarabağ”ın oyunçusuna qırmızı vərəqə və qapısına penalti verməməsi oldu. Həmin epizoda təkrar baxandan sonra nəsə demək olar. Hakimdə insandı o da səhv edə bilər. Bizim qapımıza penalti verəndə mən hakimə etiraz etmirdim. Sadəcə onunla dialoq qurub qayda pozuntusnun olub-olmadığını soruşurdum. Sağ olsun hakimlrimiz milli komandanın üzvlərinə hörmətlə yanaşırlar Axı onlar da vaxtiylə futbol oynayıblar”. 

Xəbər xətti