"Qarabağ"ın onsuz da zədəliləri çoxdur
Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil eləyən “Qarabağ”ı növbəti vacib oyun gözləyir.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası bir neçə gündən sonra Kiyevdə “Dnepr”lə oyuna çıxacaq.
Avroliqadakı oyun ərəfəsində “Qarabağ” Premyer Liqada “Qəbələ” ilə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. Lakin oyunun 67-ci dəqiqəsi “Qarabağ” üçün üzücü məqamla yadda qalıb. Komandanın aparıcı futbolçusu Riçard Almeyda zədələnərək meydanı tərk edib.
Almeydanın “Dnepr”lə oyunda iştirakı sual altına düşmüşdü. Lakin onun son durumu ilə bağlı səhih məlumat əldə etdik. Belindən diz zərbəsi alan Almeyda oyunu davam etdirə bilməsə də, zədəsi ciddi deyil. Həkimlərin müayinəsindən sonra bilinib ki, o, “Dnepr”lə oyunda “Qarabağ”a kömək edə biləcək.
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.
saytlarin hazirlanmasi