Güloğlan Cabbarov: "Millinin baş məşqçi postuna bir namizədim var, o da Qurban Qurbanovdur"

13:25 - 18 Oktyabr 2014

"Neftçi"nin sabiq idman direktoru da fikrini dedi

 

Berti Foqtsun istefa verməsindən sonra ən aktual mövzü AFFA-nın hansı mütəxəssislə anlaşacağı ilə bağlıdır.

 

Millini çalışdırmağa isə ən real namizəd “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. Son illər Azərbaycan futbolunda böyük nüfuz qazanan Qurbanov həm də ölkənin ən sevilən məşqçisi sayılır.

 

Futbol adamları da, açıqlamalarında milini çalışdırmağa ən real namizəd kimi Qurban Qurbanovu görürlər. Sportal.az xəbər verir ki,“Neftçi”inin sabiq idman direktoru Güloğlan Cabbarov “facebook” səhifəsində bu məsələylə bağlı bunları deyib:

 

“Sözüm bəzi futbol adamlarınadı. Bu gün hamı Foqtsdan danışır, yazır. Dünənə qədər, AFFA Foqtsa dəstək verəndə, niyə susurduz? Mən belə haqsızlıqlara qarşı çıxdığım üçün kənarda qalmışam. Millinin baş məşqçi postuna bir namizədim var, o da Qurban Qurbanovdur”.

 

Qeyd edək ki, milli komandaya müvəqqəti rəhbərlik etmək Mahmud Qurbanova tapşırılıb. 

    

Xəbər xətti