Tərlan Əhmədov: "Müdafiədə səhvlərimiz oldu"

18:26 - 18 Oktyabr 2014

"Futbolçular sona qədər vuruşdular"

 

Azərbaycan Premyer Liqasının VIII turunda “Araz Naxçıvan”ın qonağı olan AZAL 1 xal qazana bildi. AZAL bu nəticədən sonra xallarının sayını doqquza yüksəltdi.
 

Sportal.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları söyləyib


“Hər iki komandanın istəyi eyni idi. Həm biz, həm də “Araz Naxçıvan” qələbə qazanmaq istəyirdi. Futbolçular sona qədər vuruşdular. Hər iki komandanın istəyi çox olduğu üçün top uğrunda yaxşı mübarizə gedirdi. Biz bu gün müdafiədə səhvlər etdik. Məhz bunun nəticəsində  2 qol buraxdıq. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevi çoxdan tanıyıram. Biz bir  yerdə futbol oynamış, daha sonra mən onun rəhbərliyi altında həm klubda, həm millidə çıxış etmişəm. Əsgər müəllimin vaxtında biz əks-hücumda oynayırdıq. Hər məşqçinin futbola öz baxışı var. Mən hücum futboluna üstünlük verirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaq”.

Xəbər xətti