"Xəzər Lənkəran"la bağlı danışmaq istəmirəm"
Azərbaycan Premyer Liqasının VIII turunda doğma meydançasında AZAL-ı qəbul edən “Araz Naxçıvan” 1 xal qazandı. 2-2 hesabı ilə başa çatan oyundan sonra “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev düşüncələrini bölüşüb.
Sportal.az xəbər verir ki, "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev qarşılaşma haqqında bunları deyib
“Futbolçulardan razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər. Lakin biz rəqibə nisbətən daha çox hücum etdik. Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb, deyim ki, iki xal itirdik. Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Janelidze və Bəxtiyar Soltanovu hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan Kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq itəmirəm”.
saytlarin hazirlanmasi