"Müstәqillik Günü münasibəti ilə sizi təbrik edirəm"
Azərbaycan Premyer Liqasının VIII turunda keçirilən “İnter” – “Simurq” oyununda qapılara qol vurulmadı – 0-0. Oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze düşüncələrini bölüşüb:
Sportal.az xəbər verir ki, "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma ilə bağlı bunları söyləyib:
“Öncә Müstәqillik Günü münasibəti ilə sizi təbrik edirəm. Oyuna gəldikdə, onu deyim ki, böyük әrazi üstünlüyümüz var idi. Amma cinahlardan düzgün hücüm qura bilmirdik. "Simurq" müdafiә futbolu oynamağı bacaran bir kollektivdir. Oyunda az qol epizodu yaratdıq,amma qәlәbә qazanmaq üçün şanslarımız var idi. Çox tәәssüf ki alınmadı. Biz evdә 2 xal itirdik. Bu oyunu unudub, "Neftçi" ilə matça hazırlaşmalıyıq”.