"Qarabağ" - "Xəzər Lənkəran" qarşılaşmasının vaxtı açıqlandı

02:45 - 20 Oktyabr 2014

Oyun “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq
 
“Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Qarabağ”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, həmin matçın başlama saatı və televiziya ilə yayımlanacağı artıq indidən məlumdur.
 
Oktyabrın 26-da Tofiq Bərhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
 
Mənbə: 12cioyuncu.info

Xəbər xətti