Azərbaycan millisi üzərində qurulan bazar: AFFA-nın pulları ilə Berti Foqtsun qardaşının oteli VİDEO

14:50 - 20 Oktyabr 2014

Azərbaycanda niyə futbol inkişaf etmir?

 

Azərbaycan millisinin böyük hesabla məğlub olmasına bir daha şahid olduq. Millinin Xorvatiya ilə oyunda 6:0 hesabı ilə məğlub olması baş məşqçi Berti Foqtsun istefası ilə nəticələndi. Ümumiyyətlə Azərbaycanda niyə futbol inkişaf etmir? Ayrılan milyonlarla vəsait hara xərclənir?

 

Komanda.az saytının baş redaktoru Rəşad Ergün isə hesab edir ki, uşaq futbolunda problem olsa da əsas problem rəhbərlikdədir. "Biz 20 il əvvəl də bu hesablarla uduzurduq" deyən baş redaktor bu gün də Xorvatiyaya 6:0 uduzmağımızı biyabırçılıq hesab edərək, AFFAnı günahkar hesab edir.

 

Rəşad Ergün onu da qeyd edir ki, millimizin Almaniyada təlim məşq toplantısı keçirməsi mənasızdır. Axı milyonlar xərc çəkilərək tikilmiş və demək olar ki, hər rayonda Olimpiya kompleksləri varsa niyə Almaniyaya gedilməlidir?

 

 Rəşad Ergün isə deyir ki, bir-iki il əvvəl Foktsun ideal məşqçi olduğunu deyənlər bu gün onu tənqid edir." Halbu ki, biz bir neçə oyundan sonra onun heç də uğurlu olmadığını bildirmişdik" deyə əlavə edir baş redaktor.

 

Müxtəlif mənbələrə görə millimizin Almaniyadakı son təlim məşq toplanışına 500 min manat vəsait xərclənib. Mətbuatda isə Almaniyada Berti Foksun qardaşının otelinin olduğu və millimizin həmin otellərdə yerləşdirildiyi qeyd olunur. 2008-ci ildən Foksa 20 milyon manat xərclənib.

 

Xəbər xətti