"İnter" hansı tanınmış forvardı əlindən qaçırıb?

10:05 - 21 Oktyabr 2014

O, indi "Lokomotiv"dədir

 

Hücumçu axtarışında olan "İnter" bir neçə il bundan əvvəl əlindən yaxşı bir forvardı qaçırıb. Belə ki, əvvəl "bankirlər"ə indi "Lokomotiv" forması geyinən Oumar Niasse təklif edilibmiş.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, İki il öncə bu hadəs baş verib. Norveçin "Brann" klubunda çıxış edən Bay Omar Niasse həmin vxatı klub axtarışına çıxıb. Menecerlər vasitəsilə "İnter"ə təklif edilən forvard Bakı klubundan rədd cavabı alıb. 

 

Transfer vərəqəsi "Oukam"a məxsus olan Omar Niasse "İnter"dən rədd cavabı alınca, Türkiyəyə üz tutub. Burada isə "Akhisar Bələdiyyəspor" ortaya girib və forvardı transfer edib. Superliqada 34 oyuna 12 qol vuran seneqallı hücumçu yayda Moskva "Lokomotiv"ilə müqavilə imzalayıb.

Xəbər xətti