AFFA-dan “Bakı”ya ağır cəza

14:00 - 21 Oktyabr 2014

Məşqçi və futbolçu cəzalandırıldı

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi  Premyer Liqanın 8-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

 

Azərbaycan Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ” klubunun 4, “Qəbələ” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının VIII turunun “Araz Naxçıvan” – AZAL matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

 

Azərbaycan Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, klub 10000 manat cərimə olunub.

Xəbər xətti