"Bu komandanın oyunu məndə xoş təəssürat oyadıb"
"NTV Spor"un məşhur aparıcısı Güntekin Onay "Qarabağ" haqqında danışıb. Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avroliqanın son turunun qarşılaşmaları barədə fikirlərini söyləyən spiker Azərbaycan çempionunun İtaliyada "İnter"ə uduzmağı haqq etmədiyini deyib:
"Avrokuboklarda sürpriz nəticələr qeydə alınır. "Qarabağ"ı yaxından təqib edirəm. Bu komandanın oyunu məndə xoş təəssürat oyadıb. Mənə inanmayan varsa, ömründə bircə dəfə "Qarabağ"ı ekran başından izləsin.
Azərbaycan klubu Avropada bu yerlərə birdən-birə gəlmədi. Neçə il pley-offda dayandı. Bu sezon isə "Tvente"ni Avroliqadan uzaqlaşdırdılar. "İnter"lə qarşılaşmadan 1 xalla ayrıla bilərdilər. Milanda əla matç çıxardılar. 2:0 uduzmaqları işdən deyildi. Məni ən çox üzən Avroliqa matçı budu. "Luqdqorets" isə "Real"ı hakimə görə uda bilmədi. Avrokuboklarda məni üzən iki nəticə bu qarşılaşmalarda qeydə alındı".
saytlarin hazirlanmasi