Avropa Liqasının qrup mərhələsinin III turunda sabah axşam "Qarabağ"ı qəbul edəcək "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.
Ukrayna mətbuatına danışan təcrübəli mütəxəssis "Qarabağ"ın yaxşı formada olduğunu bildirib:
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində keçirdiyi iki oyunu ilə bağlı təəssüratlarınız necədir?
- Komanda ilk olaraq evdə "Sent-Etyen"lə 0:0 bərabərə qaldı. Hərçənd oyuna görə "Qarabağ" qələbə qazanmalı idi. Komanda daha sonra səfərdə "İnter"ə məğlub oldu. Milan təmsilçisinin həmin oyunda böyük üstünlüyü yox idi. "Qarabağ"ın çoxlu braziliyalı futbolçular çıxış edir. Bu komandanın iki fərqli heyəti var: Onlardan biri ölkə çempionatında, digəri isə Avropa Liqasında oynayır. Rəqibimiz Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın güclü "Tvente" klubunu mübarizədən kənarlaşdırdılar. Bu onların hazırda yaxşı formada olmasından xəbər verir.
- Roman Zozulya Ukrayna Premyer Liqasında "Çernomorets"lə görüşü buraxmışdı. Sabahkı oyuna hazır olacaq?
- Xeyr. "Qarabağ"la oyunda komandasına kömək edə bilməyəcək.
- Heyətdə başqa problemlər varmı?
- Yox. Hər kəs oyuna hazırdır.
- Qrup səddini aşmaq üçün "Qarabağ"la oyunlarda maksimum xal qazanmaq lazımdır...
- Əlbəttə, istərdik. Aydın məsələdir ki, qarşıdakı oyunlar böyük ölçüdə həlledici olacaq.
Mənbə: Qol.az
saytlarin hazirlanmasi