AFFA-nın daha bir səhlənkarlığı üzə çıxdı: Konaplyanka Azərbaycan millisində oynamağa razı imiş

13:45 - 23 Oktyabr 2014

"Rusdu" deyib yığmaya götürmədilər"

 

“Şaxtyor”un futbol məktəbində məşqçi kimi çalışmış Şahin Səfixanov “Futbol+” qəzetinə müsahibə verib. Sportal.az xəbər verir ki, Şahin bəy müsahibəsində maraqlı məqama toxunub:

 

“Konoplyankanın 17 yaşı olanda onu Azərbaycana gətirmək istəyirdim. Hətta özünün və məşqçisinin də razılığını almışdım. Həmin vaxt forvard “Dnepr”in əvəzedicilərində top qovurdu. Hələ o vaxt hiss etmişdim ki, Konoplyanka gələcəkdə güclü futbolçu olacaq. Məşqini izləyirdim, oyunlarına baxırdım.

 

Ancaq AFFA rəhbərliyi “rusdu” deyib yığmaya götürmədi. Aparıcı klublarımız isə “yaşı azdı, bizə hazır  futbolçu lazımdı” söyləyib ağız büzdülər. İndi Avropanın top-klubları onu rənglərinə bağlamaq üçün ələnidən gələni edirlər.

 

Biz beləyik də, Almaniyada, Rusiyada heç kimə lazım olmayanları gətirib “milliləşdiririk”, ancaq onun kimi superistedadları əlimizdən buraxırıq”. 

Xəbər xətti