Qurban Qurbanov: "İkinci pilləyə sahib olmağımızı söyləmək indidən tezdir"

02:45 - 24 Oktyabr 2014

"Bakıdakı oyun daha ağır keçəcək"
 
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə “Dnepr”i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" tarix yazıb.
 
Sportal.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirləri belə olub: 
 
“Bizim üçün ağır oyun oldu. Matçın sonları daha gərgin keçdiyini düşünürəm. Güclü komandaya qarşı mübarizə apardıq. “Dnepr”in futbolçuları topla yaxşı davranırdı. Azarkeşlərimizi təbrik edirəm. Meydan sahiblərinin fanatları çox olsaydı, məncə, qarşılaşma daha maraqlı ola bilərdi. İkinci pilləyə sahib olmağımızı söyləmək indidən tezdir. Gəlin, bu haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Həmin matça daha ciddi hazırlaşacağıq”.

Xəbər xətti