"Məğlubiyyətə görə, komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam"

03:30 - 24 Oktyabr 2014

Miron Markeviç:“Əgər Avroliqada mübarizə aparmaq istəyirsənsə, onda oynamaq  lazım idi" 
 
"Bu oyuna qələbə üçün çıxmışdıq. Lakin alınmadı”.
 
Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib. 
 
Təcrübəli çalışdırıcı dogma publika önündə Ağdam klubuna minimal hesabla (0:1) məğlub olmalarına şərh verib:
 
“Əgər Avroliqada mübarizə aparmaq istəyirsənsə, onda oynamaq  lazım idi. Təəssüf ki, oyunçularım bunu bacarmadı. Biz müdafiə və yarımmüdfiədə daha çox topla oynayırdıq. Evdə belə çıxış etmək olmaz. Seleznyov xüsusi yerdə topu qəbul edə bilmirdi. Məğlubiyyətə görə, komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam. Onlar meydanda çox çaş-baş qalmışdılar”. 

Xəbər xətti