Sergey Kravçenko: “Qarabağ”ı zəif komanda hesab etməyin" MÜSAHİBƏ

04:00 - 24 Oktyabr 2014

"Hələ ki qrup mərhələsində nə qələbə qaznmışıq nə də qol vurmuşuq" 
 
Avropa Liqasının qrup mərhələsində evdə “Qarabağ”a 1:0 hesablı məlubiyyətdən sonra “Dnepr”in aparıcı üzvlərindən olan Sergey Kravçenko jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az  Ukrayna mətbuatına istinadən futbolçunun müsahibəsini təqdim edir 
 
- “Dnepr” bu gün meydanın mərkəzində özünə bənzəmədi. Niyə belə oldu?
- Ümumiyyətlə, oyunumuz alınmadı.Deməzdim ki, məğlubiyyətə layiq oyun göstərdik. Oyunumuz istənilən kimi alınmadı. Mərkəzdə də bir o qədər oyun qura bilmədik. “Qarabağ” qol vurandan sonra artıq müdafiəyə çəkildi. Ondan sonra rəqibin müdafiəsini keçmək çətin idi.
 
- Miron Markeviç deyib ki, komanda istəkli oynamadı. Siz baş məşqçinin dedikləriylə razılaşırsız?
- Ola bilsin ki, kənardan belə görünüb. Əslində qələbənin bizim üçün vacib olduğunu bilirdik. Lakin nəsə oyunumuz istənilən kimi alınmadı Hər halda məğlub olmuşuqsa, günahkarıq . 
 
- Belə oyuna görə utanırsız?
- Əlbəttə. Biz istərdik ki, qələbə qazanıb azarkeşlərimiz sevindirək. “Qarabağ”ı zəif komanda hesab etməyin. Əgər bu komanda qrup mərhələsində mübarizə aparırsa deməli, hansısa gücə malikdir. 
 
- Bəs niyə görə oyununuz alınmadı?
- Hələ ki qrup mərhələsində nə qələbə qaznmışıq nə də qol vurmuşuq. “Qarabağ”a da 1:0 hesabı ilə məğlub olduq.  Axı nə deyə bilərəm ki? Qısaca, pis oynadıq.
 
- Sizə elə gəlmirmi ki, belə oyunla qrupdan növbəti mərhələyə çıxa bilməyəcəksiz?
- Razıyam. Zəif oynadığımızı da etiraf edirəm. .      

Xəbər xətti