AFFA nəyi gözləyir?
“Qarabağ”ın Avroliqanın qrup mərhələsində “Dnepr”i yenməsi futbol azarkeşlərini yenidən dilə gətirib. Əksər fubol fanatları Qurban Qurbanovu millidə görmək istəyir.
Tanınmış futbol azarkeşi İlqar Həmzəyev də Qurbanovu millidə görmək istəyənlərdəndir. Sportal.az saytına açıqlama verən İlqar bəy bunları deyib:
“Mən gözləyirdim ki, bu gün mətbuatda oxuayacam ki, Qurban Qurbanov millinin baş məşqçisi təyin olunub. Niyə? Yadımdadır, 1986-cı ildə “Dinamo” (Kiyev) Kuboklar Kubokunu qazanmışdı. Həmin komandanın baş məşqçisi Valeri Lobanovski idi. Ukraynalı olduğuna görə, onu SSRİ yığmasına baş məşqçi gətirmək istəmirdilər.
Lakin o, Kuboklar Kubokunu qazananda bir gecənin içində Lobanovskini yığmaya baş məşqçi təyin etdilər. Hətta yadımdadır ki, “Sport-ekspress” qəzetində “Malofeyevə qarşı haqsızlıq edildi” başlıqlı yazı dərc edildi. Çünki yığmanı DÇ-nin final mərhələsinə Malofeyev çıxarmışdı. Lakin o vaxt qərara alındı ki, yığmanı mundiala Lobanovski aparsın və bu, düzgün qərar idi. Çünki Lobanovski həmin dönəmdə SSRİ-nin ən güclü məşqçisi idi.
“Qarabağ”ın bu uğurları göstərir ki, Qurban Qurbanov Azərbaycanın ən yaxşı məşqçisidir. Mən idman sahəsində işləyirəm. İnanın, hər 5 nəfərdən 4-ü Qurban Qurbanov deyir. Xalq millidə Qurban Qurbanovu görmək istəyir. Atamın 70 yaşı var, 1966-cı ildən Azərbaycan futbolunu diqqətlə izləyir. O da deyir ki, milli yalnız Qurbanova verilsə, düzələr. Bu AFFA nəyi gözləyir?”
saytlarin hazirlanmasi