Millinin sabiq baş məşqçisi Qurban Qurbanovu dəstəklədi, Berti Foqtsun yalanını üzə çıxartdı VİDEO

19:20 - 24 Oktyabr 2014

"Arena" verilişi

 

"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

 

Sportal.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları millinin sabiq baş məşqçisi Vaqif Sadıqov və "Rəvan"ın məşqçisi Füzuli Məmmədov olub. Verilişdə millinin son uğursuzluğundan danışılılıb, millinin baş məşqçi postuna namizədlərin müzakirəsi aparılıb.

 

Vaqif Sadıqov Qurban Qurbanovu dəstəkləyərək ona şans verilməsinin vacibliyini vurğulayıb. Sonra hər iki qonaq Berti Foqtsun Almaniya mətbuatına Azərbaycan futbolu ilə bağlı səsləndirdiyi fikirləri düzgen hesab etmədilər :

 

"Berti Foqts niyə bəs əvvəllər indi sadaladığı fikirləri demirdi, axı əvvəl də həmin oyunçular idi".

 

Xəbər xətti