Aqil Məmmədov: "10-1 hesabı ilə uduzsaydıq belə, futbolçulardan razı qalacaqdım"

19:30 - 24 Oktyabr 2014

"Düşünürəm ki, hakimlər oyuna təsir etdilər"

 

Azərbaycan Premyer Liqasının IX turu “Qəbələ”də start götürdü. Açılış oyununda “Sumqayıt” səfərdə “Qəbələ”yə 1-3 hesabı ilə uduzdu.
 

Sportal.az xəbər verir ki, "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov qarşılaşma ilə bağlı bunları deyib:


“Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. Biz 10:1 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir.  “Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki “Qəbələ”  bu gün qələbəyə layiq deyildi”.

Xəbər xətti