Dorinel Munteanu: "Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı"

19:45 - 24 Oktyabr 2014

"Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi"

 

Azərbaycan Premyer Liqasının IX turu “Qəbələ”də start götürdü. Açılış oyununda  “Qəbələ”ə “Sumqayıt”ı 3-1 hesabı ilə məğlub etdi.
 

Sportal.az xəbər verir ki "Qəbələ" klubunun baş məşqçisi Dorinel Munteanu qarşılaşma haqqında bunları söyləyib:

 

“Bilirdik ki, oyun çətin keçəcək. Çünki “Sumqayıt” qısa bir zamanda liderliyə yüksəlmişdi. Düşünürəm ki, ilk hissədə “Sumqayıt”ın bir şansı oldu və bundan yararlandı. İki fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı. Mən komandamı qələbə münasibəti ilə təbrik etmişəm. Ekiqo bu gün yaxşı oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı”.

Xəbər xətti