"Qarabağ"ın kapitanı Avroliqanın simvolik yığmasında yer aldı

01:00 - 25 Oktyabr 2014

Rəşad Sadıqov mərkəz müdafiəçisi kimi ən yaxşı seçildi
 
Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları da arxada qaldı.
 
Sportal.az xəbər verir ki, avrokuboklarda son turun yekun oyunlarına görə, UA-Futbol saytı Avropa Liqasında həftənin simvolik yığma komandasını müəyyən edib.
 
Simvolik yığmada “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb. “Dnepr”lə oyunda futbolçumuzun oyununu yüksək dəyərləndirən həmkarlarımız Sadıqovu mərkəz müdafiçisi kimi ən yaxşı hesab ediblər. “Dnepr”lə qarşılaşmada qolun müəllifi Muarem Muaremi isə oyunun qəhrəmanı sayıblar.  Avropa Liqasında həftənin simvolik yığma komandasında aşağıdakı futbolçular yer alıblar         
 
Qapıçı: Kreyq Qordan (“Seltik” Şotlandiya)
 
Müdafiəçilər: Nikola Maksimoviç (“Torino”, İtaliya), Fil Yaqelka (“Everton”, İngiltərə), Rəşad Sadıqov (“Qarabağ”, AZƏRBAYCAN),  Juan Jezus (“İnter”, İtaliya), 
 
Yarımmüdafiəçilər: Kevin Konstant (“Trabzonspor”, Türkiyə), Kevin de Brüne (“Volfsburq”, Almaniya), Kristian Malinaro (“Torino”, İtaliya),
 
Hücumçular: Andrey Kramariç (“Rieka”, Xorvatiya), Demba Ba (“Beşıktaş”, Türkiyə), Qiyom Oaro (“Yanq Boyz”, İsveçrə)
 
Baş məşqçi: Kent Nilsen (“Olborq”, Danimarka)  

Xəbər xətti